Göygöldə 23 yaşlı gənc bıçaqlandı
Göygöldə 23 yaşlı gənc xəsarət alıb.
Veten.Az xəbər verir ki hadisə rayonun Üçtəpə kəndində baş verib.
2003-cü il təvəllüdlü Maşallah Bayramov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
23 yaşlı gəncin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.























