• Latest
  • Trending
“Həmin şəxs hazırda iki obyekt işlədir” – RƏSMİ CAVAB

“Həmin şəxs hazırda iki obyekt işlədir” – RƏSMİ CAVAB

21 Avqust 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

05 Oktyabr 2026
5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

05 Oktyabr 2026
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

05 Oktyabr 2026
Qaxda yeyib-içən dostlar dalaşdı: bıçaqlanan var

Biləsuvarda 24 yaşlı gənc qətlə yetirildi – Şübhəli saxlanılıb

04 Oktyabr 2026
Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

04 Oktyabr 2026
Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

04 Oktyabr 2026
Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

04 Oktyabr 2026
Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

04 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Çərşənbə axşamı, Oktyabr 6, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

“Həmin şəxs hazırda iki obyekt işlədir” – RƏSMİ CAVAB

by Mustafa Həsənov
21 Avqust 2026
in GÜNDƏM
0
“Həmin şəxs hazırda iki obyekt işlədir” – RƏSMİ CAVAB

YOU MAY ALSO LIKE

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Həmin şəxs hazırda iki obyekt işlədir” – RƏSMİ CAVAB

İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndinə qayıdan keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə video paylaşıb.

Veten.Az Ölkə.az-a istinadən xəbər verir ki, o, işlə təmin edilmədiyini, sosial vəziyyətinin çətin olduğunu bildirib.
“Bir il əvvəl bura qayıtmışıq. Amma Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik bizi işlə təmin etməyib”, – o söyləyib.

M.Məhərrəmli deyib ki, ona görə də yol kənarında obyekt açıb dolanışıqlarını təmin edirlər:
“Yolun kənarında özümüzə şərait yaratmışdıq ki, dolanaq. İş-güc yoxdur, imkan vermirlər dolanaq”.

Ölkə.az məsələ ilə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəliyə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, keçmiş məcburi köçkünlərin işlə təmin olunması dövlətin sosial siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi insanların dayanıqlı məşğulluğunun təmin edilməsidir:

1787143154_whatsapp-image-2026-08-19-at-16.36.46-1 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB

“Bu çərçivədə keçmiş məcburi köçkünlərin müxtəlif sahələrdə işlə təmin olunması üçün geniş imkanlar yaradılır”.

Konkret olaraq Mirsədi Məhərrəmli adlı keçmiş məcburi köçkünə gəlincə, onun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlik tərəfindən guya işlə təmin olunmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi həqiqətə uyğun olmayan iddiaları ilə bağlı bunlar bildirilib:

“Mirsədi Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür. O, işlə təmin olunub. Avtoyuma və yanındakı kafe müqavilə əsasında həmin sakinə verilib. Həmin şəxs bunlardan əlavə qeyri-qanuni olaraq, özbaşına başqa bir obyekt (yol kənarında attraksion quraşdırıb) də işlədir. Həmin şəxsə bunun qanuna zidd olduğu izah edilib. Amma təəsüf ki, o, buna baxmayaraq  ictimaiyyətə səhv məlumat verib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan bu cür məlumat yaymaq görülən işlərin obyektiv qiymətləndirilməsinə mənfi təsir göstərir, cəmiyyətdə yanlış fikir formalaşdırır”.

Ölkə.az Mirsədi Məhərrəmli ilə imzalanan müqaviləni də əldə edib. Müqavilə 2026-ci il iyulun 21-də onunla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli arasında bağlanılıb.
Sənədə əsasən, M.Məhərrəmliyə Ağdərə rayonu, Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m, faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və bu müqavilənin predmetini təşkil edən fəaliyyət növünü fasiləsiz təmin etməyi üzərinə öhdəlik kimi götürüb.

Apardığımız araşdırma zamanı o da məlum oldu ki, hər iki obyekt hazırda işləyir.

Fəaliyyətinə qanuni formada icazə verilən və hazırda işləyən avtoyuma məntəqəsi və kafenin fotoları
1787143333_whatsapp-image-2026-08-19-at-16.35.46-1 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143325_whatsapp-image-2026-08-19-at-16.35.46-2 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143347_whatsapp-image-2026-08-19-at-16.35.46 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143321_whatsapp-image-2026-08-19-at-16.35.47-2 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143291_whatsapp-image-2026-08-19-at-16.35.47-1 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143322_whatsapp-image-2026-08-19-at-16.35.47 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB

Yolun kənarında yerləşən və Mirsədi Məhərrəmlinin söküldüyünü iddia etdiyi obyekt isə onun qanunsuz olaraq açdığı məkandır.

Həmin məkanın fotoları

1787143411_whatsapp-image-2026-08-19-at-16.21.42-4 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB1787143400_whatsapp-image-2026-08-19-at-16.21.42 “Həmin şəxs hazırda iki obyekt işlədir” - RƏSMİ CAVAB

 

 

Oxunub 147
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (92)
  • HADİSƏ (193)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (6)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (92)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet