Kəlbəcərdə mina partlayışı: mal-qara otaran şəxs xəsarət alıb
Veten.Az xəbər verir ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Minalardan təmizlənməmiş ərazilərə daxil olmaq ciddi təhlükə yaradır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına riayət etmək və yalnız icazə verilən ərazilərdə hərəkət etmək vacibdir.























