Biləsuvarda DƏHŞƏT: 16 yaşlı oğlan 44 yaşlı kişini öldürdü
Biləsuvarda qətl törədilib.
Veten.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində rayonun Dərvişli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin kənd ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.























