Gənc oğlan Mingəçevir su anbarında boğuldu
Mingəçevirdə Gəncə sakini su anbarında boğulub.
Veten.Az APA-ya istinadla xəbər verir ki, Gəncə şəhər sakini, 21 yaşlı Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.
Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.























