Abşeronda yaşayış kompleksində yanğın: Sakinlər təxliyə edilir
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark yaşayış kompleksində yanğın hadisəsi baş verib.
Veten.Az bildirir ki APA-nın yaydığı məlumata görə, hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvə və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi və təhlükəsizlik tədbirlərinin təmin olunması istiqamətində zəruri işlər davam etdirilir.
Təhlükəsizlik məqsədilə yaşayış kompleksinin sakinləri təxliyə olunur. İlkin məlumata əsasən, yanğının binanın giriş hissəsində yerləşən elektrik naqillərində baş verdiyi bildirilir.
Hadisənin dəqiq başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Yanğınla bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.























