Piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 89 yaşlı Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

