• Latest
  • Trending
Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

06 Sentyabr 2026
Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

07 Oktyabr 2026
Məktəb direktoru vəfat etdi

Məktəb direktoru vəfat etdi

06 Oktyabr 2026
Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

05 Oktyabr 2026
5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

05 Oktyabr 2026
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

05 Oktyabr 2026
Qaxda yeyib-içən dostlar dalaşdı: bıçaqlanan var

Biləsuvarda 24 yaşlı gənc qətlə yetirildi – Şübhəli saxlanılıb

04 Oktyabr 2026
Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

04 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Çərşənbə, Oktyabr 7, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

by Mustafa Həsənov
06 Sentyabr 2026
in GÜNDƏM
0
Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

YOU MAY ALSO LIKE

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

Veteranlar təqaüdü 100 manata qaldırıla bilər – Deputatdan açıqlama

Müharibə veteranları və qazilərə ödənilən sosial ödənişlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir.

Veten.Az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov “modern.az”a açıqlama verib:

“Qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi insan mərkəzli dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, məsul dövlət mövqeyi ictimai dövriyyədə səslənən hər ehtimalı qəbul edilmiş qərar kimi təqdim etməyə imkan vermir.

Sosial ödənişlərin məbləği yalnız müvafiq normativ-hüquqi aktın qəbulundan və maliyyə təminatının müəyyənləşdirilməsindən sonra dəyişmiş hesab olunur. Buna görə rəsmi qərar elan edilənədək artımın konkret məbləği və tətbiq tarixi barədə qəti fikir bildirmək hüquqi və institusional baxımdan düzgün olmaz”.

Deputat mümkün artımın fiskal yükünün idarəolunan hesab edildiyini söyləyib:

“Məsələnin fiskal miqyası isə mövcud statistik baza əsasında obyektiv qiymətləndirilə bilər. Hazırda 183 mindən artıq müharibə veteranına aylıq 80 manat Prezident təqaüdünün ödənilməsi təxminən 175,8 milyon manatlıq illik maliyyə öhdəliyi formalaşdırır.

Təqaüdün 80 manatdan 100 manata çatdırılması yalnız bu istiqamət üzrə dövlət büdcəsinə əlavə 43,9 milyon manatlıq illik yük yaradar. Bu rəqəm proqnozlaşdırılan artım kimi deyil, mümkün qərarın maliyyə tutumunu göstərən şərti hesablama kimi qəbul edilməlidir”.

Deputat bildirib ki, qanunvericilikdə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kimi təsnif olunan qazilərə orqanizmin funksiyalarının pozulma səviyyəsinə uyğun olaraq 400, 500 və 600 manat Prezident təqaüdü ödənilir:

“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş təxminən 14 min şəxs üzrə orta aylıq göstərici 472 manata yaxındır. Bu ödənişlərin 20 faiz artırılması illik təqribən 15,8 milyon manat əlavə vəsait tələb edər. Veteran təqaüdünün 100 manata çatdırılması ilə həmin ssenari birlikdə götürüldükdə ümumi əlavə maliyyə tələbatı 59,8 milyon manat səviyyəsində formalaşar.

2026-cı il dövlət büdcəsinin 41,7 milyard manatlıq xərc çərçivəsi və sosial müdafiə ilə sosial təminata ayrılmış 4,87 milyard manat nəzərə alındıqda, göstərilən ssenari ümumi büdcə xərclərinin təxminən 0,14 faizinə, müvafiq sosial xərclərin isə 1,23 faizinə bərabərdir. Bu nisbətlər mümkün artımın fiskal baxımdan idarəolunan olduğunu göstərir, lakin ödənişlərin daimi xarakteri onların dayanıqlı və əsasən qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsini zəruri edir”.

R.Muradov bu qərarın həm daxili istehlakı, həm də sosial ədaləti dəstəkləyə biləcəyini deyib:

“Belə bir qərarın iqtisadi təsiri yalnız büdcədən ayrılan vəsaitlə məhdudlaşmır. Ödənişlərin əsasən gündəlik tələbat mallarına və xidmətlərə yönəlməsi daxili istehlakı dəstəkləyir, vəsaitin müəyyən hissəsinin iqtisadi dövriyyə və vergi daxilolmaları vasitəsilə büdcəyə qayıtmasına şərait yaradır. Maliyyə miqyası ümumi iqtisadiyyatla müqayisədə məhdud olduğundan ayrıca ciddi inflyasiya təzyiqi gözlənilmir.

Burada əsas məqsəd sosial ədalətin, dövlət-vətəndaş etimadının və Vətən qarşısında xidmətə verilən ali siyasi-hüquqi qiymətin maddi təminat mexanizmləri ilə daha da möhkəmləndirilməsidir”.

Oxunub 153
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (93)
  • HADİSƏ (195)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (6)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (92)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet