Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. Mübahisə zamanı 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təhmasib Novruzovun atası, 71 yaşlı Nadir Novruzov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.











































