Qazax rayonunda 35 yaşlı kişi mal-qara otararkən ildırım vurması nəticəsində xəsarət alıb.
Veten.Az xəbər verir ki, hadisə zamanı rayon sakini S. Bağırov mal-qara otarırmış. Bu zaman onu ildırım vurub.
Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.











































