• Latest
  • Trending
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi – FOTOLENT

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi – FOTOLENT

11 Avqust 2026
Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

08 Oktyabr 2026
İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

08 Oktyabr 2026
Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

07 Oktyabr 2026
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

07 Oktyabr 2026
VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

07 Oktyabr 2026
Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

07 Oktyabr 2026
Məktəb direktoru vəfat etdi

Məktəb direktoru vəfat etdi

06 Oktyabr 2026
Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Cümə axşamı, Oktyabr 8, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi – FOTOLENT

by Mustafa Həsənov
11 Avqust 2026
in GÜNDƏM
0
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi – FOTOLENT

YOU MAY ALSO LIKE

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi – FOTOLENT

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Veten.az Lent.az a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.

Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.

Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.

Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.

“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.

Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

Dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda görülən yenidənqurma işləri barədə də məlumat verildi.

Qeyd edildi ki, Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.

Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.

6a7b4ceae3d266a7b4ceae3d2717864655146a7b4ceae3d246a7b4ceae3d25 Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT6a7b4ceb4c8ca6a7b4ceb4c8cb17864655146a7b4ceb4c8c76a7b4ceb4c8c9 Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT6a7b4ceb811a46a7b4ceb811a517864655146a7b4ceb811a16a7b4ceb811a2 Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT6a7b4cebb523d6a7b4cebb523e17864655146a7b4cebb523a6a7b4cebb523c Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT6a7b4cebea1706a7b4cebea17117864655146a7b4cebea16d6a7b4cebea16e Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT6a7b4d3d5dc316a7b4d3d5dc3217864655976a7b4d3d5dc2f6a7b4d3d5dc30 Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxış keçirdi - FOTOLENT
Oxunub 70
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (93)
  • HADİSƏ (197)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (7)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (94)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet