• Latest
  • Trending
Fatma Yıldırım: Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Fatma Yıldırım: Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

24 Avqust 2026
Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

Biləsuvarda qətl hadisəsi xalası oğlunu qətlə yetirdi

05 Oktyabr 2026
5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

5 Oktyabr — Bərdə şəhərinin raket atəşinə tutulmasından 6 il keçir: Unudulmayan ağrı, yaddaşlardan silinməyən gün

05 Oktyabr 2026
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür: Gələcəyimizi formalaşdıran müəllimlərimizin peşə bayramı

05 Oktyabr 2026
Qaxda yeyib-içən dostlar dalaşdı: bıçaqlanan var

Biləsuvarda 24 yaşlı gənc qətlə yetirildi – Şübhəli saxlanılıb

04 Oktyabr 2026
Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi – Həyat yoldaşı saxlanılıb

04 Oktyabr 2026
Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

04 Oktyabr 2026
Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

04 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Çərşənbə axşamı, Oktyabr 6, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Fatma Yıldırım: Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

by Mustafa Həsənov
24 Avqust 2026
in SİYASƏT
0
Fatma Yıldırım: Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Vətən.az xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatı və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf perspektivlərini dəyərləndirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri bir daha ortaya qoyub.

YOU MAY ALSO LIKE

Fatma Yıldırım: Biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq

Fatma Yıldırım: Qarşıdakı mərhələdə əsas hədəf əldə etdiyimiz tarixi Zəfərləri möhkəmləndirməkdir

Fatma Yıldırımın sözlərinə görə, Özbəkistanın sürətli inkişaf və böyük dəyişikliklər mərhələsindən keçməsi, Daşkəndin müasir və dinamik şəhərə çevrilməsi Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların və uzaqgörən siyasətin nəticəsidir.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və tarixi qardaşlıq çərçivəsində deyil, konkret layihələr və qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf edir.

“Ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması ilə bağlı qarşıya qoyulan hədəf, enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir”, – deyə Fatma Yıldırım bildirib.

Deputat hesab edir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Onun sözlərinə görə, bu əlaqələrin təməlində ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qardaşlıq dayanır.

Fatma Yıldırım həmçinin Özbəkistanın Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq prosesində iştirakını iki ölkə arasındakı qardaşlığın mühüm nümunələrindən biri kimi qiymətləndirib.

Deputat qeyd edib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın quruculuq prosesinə verdiyi dəstəyin göstəricisidir.

Onun sözlərinə görə, Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi də münasibətlərin xüsusi xarakterini təsdiqləyir.

Fatma Yıldırım bildirib ki, iki dövlət başçısının ali dövlət təltiflərinə layiq görülməsi də Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yüksək qarşılıqlı ehtiramın, eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz dostluğun rəmzidir.

Deputat vurğulayıb ki, səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənməsi üçün mühüm hüquqi və praktiki baza yaradır.

“Bu gün Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət kimi deyil, regionun inkişafına və Türk dünyasının güclənməsinə mühüm töhfə verən strateji tərəfdaşlar kimi çıxış edirlər”, – deyə deputat qeyd edib.

Fatma Yıldırımın fikrincə, nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, enerji və investisiya layihələri iki ölkənin qarşılıqlı imkanlarını daha da artıracaq.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi tarixə düşəcək.

“Əminəm ki, qarşıdakı illərdə bu qardaşlıq daha böyük layihələr, daha geniş əməkdaşlıq və daha möhtəşəm nəticələrlə özünü göstərəcək”, – Fatma Yıldırım bildirib.

Oxunub 240
Tags: deputatfatma yıldırım
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (92)
  • HADİSƏ (194)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (6)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (92)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet