Boşanmaq üçün məhkəməyə müraciət edən qadın bacısının evində qətlə yetirilib…
Veten.Az -ın xəbərinə görə, hadisə Sumqayıtın Corat qəsəbəsində baş verib.
31 yaşlı Şəhana İmanovanı qətlə yetirməkdə həyat yoldaşı şübhəli bilinir. Onun həyat yoldaşı, 33 yaşlı Əsgər Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. İddialara görə, Əsgər Hüseynov cinayəti həyat yoldaşı boşanmaq məqsədilə məhkəməyə müraciət etdiyi üçün törədib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.













