Ağcabədi rayonunda faciəvi hadisə baş verib. Balıq tutmaq üçün gölməçəyə gedən Laçın sakini suda boğularaq həyatını itirib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində qeydə alınıb.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Ərazidən keçən sakinlər onun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.











































