Bərdədə yol-nəqliyyat hadisəsi baş verib – Xəsarət alanlar var
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax–Bəhramtəpə avtomobil yolunun Bərdə rayonunun Hacıbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, VAZ-2107 markalı iki minik avtomobili qəzaya düşüb. Bildirilir ki, avtomobillərin hər ikisi idarəetməni itirərək yol kənarına aşıb.
Hadisə nəticəsində bir nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralıların xəstəxanaya çatdırıldığı qeyd olunur.
Qəzanın başvermə səbəbləri və xəsarət alanların dəqiq sayı araşdırılır.

























