Ağstafada mağazada bıçaqlanma hadisəsi baş verib
Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
VETEN.AZ xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mağazalardan birində baş verib.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü B. Hüseynov aldığı bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib.
Həkimlərin verdiyi məlumata əsasən, 35 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir və müalicəsi xəstəxanada davam etdirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı polis tərəfindən araşdırma aparılır, hadisənin səbəbləri və təfərrüatları araşdırılır.























