Gəncə şəhərində ölümlə nəticələnən qətl hadisəsi baş verib.
VETEN.AZ xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, orta yaşlı kişi bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində həyatını itirən şəxsin 1983-cü il təvəllüdlü A. Yusifov olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və cinayəti törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.























