Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində – Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Veten.Az xəbər verir ki, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.
Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.




















