Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.
Veten.Az xəbər verir ki, hadisə oktyabrın 21-də gecə saatlarında Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Məlumata görə, şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminova kəsici alətlə xəsarətlər yetirərək onu öldürüb. Hadisə zamanı Rahib Əminovun qardaşı Elmin də xəsarət alıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Vüqar Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mərhum Rahib Əminov könüllü olaraq Vətən müharibəsində iştirak edib və döyüşlərdə yaralanıb. O, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.











































