Yevlax rayonunda doğuş zamanı faciə baş verib. Qeysəriyyə əməliyyatı zamanı körpə həyatını itirib.
Veten.Az xəbər verir ki, hadisə oktyabrın 19-da Yevlax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Səmədabad kənd sakini, 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayeva doğuş üçün xəstəxanaya müraciət edib. Qeysəriyyə əməliyyatı zamanı onun körpəsi ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.











































