Teymur Yusif oğlu Musayevin Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilməsi və Anar Məhərrəm oğlu Bayramovun bu vəzifəyə təyin olunması barədə məlumat yayılıb.
Veten.Az xəbər verir ki, yayılan məlumatda bununla bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamlar imzaladığı bildirilir.
Lakin aparılan yoxlama zamanı bu məlumatı təsdiqləyən yeni rəsmi sərəncam aşkar edilməyib. Azərbaycan Prezidentinin rəsmi saytında 19 yanvar 2022-ci il tarixli sərəncamla Teymur Musayevin səhiyyə naziri təyin edildiyi göstərilir.











































