İsmayıllıda ağır qəza: Bərdə sakini xəsarət aldı
İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsində Bərdə rayon sakini xəsarət alıb.
Veten.Az xəbər verir ki, qəza rayonun Balik kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı minik avtomobili ilə “DAF” markalı yük maşını toqquşub.
Qəza nəticəsində 64 yaşlı Yasər Sadıqov həyatını itirib. Hadisə zamanı 37 yaşlı Bərdə sakini Tural Alişov və 29 yaşlı Ağdam sakini Orxan Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.











































