Goranboy rayonunda ölümlə nəticələnən silahlı insident baş verib.
Veten.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Bağçakürd kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, 31 yaşlı Orxan Həsənov şəxsi münasibətlər zəminində həmkəndlisi, 74 yaşlı Qələndər Muradovla mübahisə edib. Mübahisə zamanı O. Həsənovun ov tüfəngindən açdığı atəş nəticəsində Q. Muradov həyatını itirib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.











































