BƏRDƏ SAKİNİ BAKI METROSUNDA VƏFAT EDİB
Bakıda metroda ölüm hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə metronun “Avtovağzal” stansiyasının platformasında qeydə alınıb.
Məlumata görə, Bərdə rayon sakini, 60 yaşlı Telman Muradovun qəfil halı pisləşib. Ona dərhal ilkin tibbi yardım göstərilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.











































