Şagirdlərin dərsə davamiyyəti ilə bağlı valideynlərə xəbərdarlıq
Veten.Az xəbər verir ki, Yeni tədris ili ilə əlaqədar valideynlərə şagirdlərin dərsə davamiyyəti ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi üzrlü səbəblər istisna olmaqla, şagirdin icbari ümumi orta təhsil üzrə dərs günlərini bir ay ərzində 7 gündən çox buraxmasına görə valideyn və ya onu əvəz edən şəxslər 100 manat məbləğində cərimə edilə bilər.
Məsələ ilə bağlı bütün sinif rəhbərlərinə valideynləri məlumatlandırmaları və şagirdlərin dərsə davamiyyətinə xüsusi diqqət yetirmələri tövsiyə olunub.
Valideynlərdən övladlarının dərsə müntəzəm davamiyyətinə nəzarət etmələri xahiş edilir.











































