Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz odlu silah-sursat əldə etmək, saxlamaq və satmaqda şübhəli bilinən Bərdə rayon sakini Y. Fətullazadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatına görə, araşdırma zamanı həmin şəxsin odlu silah-sursatı qanunsuz yolla əldə etdiyi və satmaq niyyətində olduğu müəyyənləşdirilib.
Ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma davam etdirilir.











































