Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə sentyabrın 1-də saat 12 radələrində şəhərin 49-cu məhəlləsində qeydə alınıb.
Belə ki, 63 yaşlı Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə yolu piyada keçən 46 yaşlı Süleymanova Gülnarə Rafiq qızını vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan qadın xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.











































