Şimali Kipr Türk Respublikasının Girne sahillərində baş verən ağır dəniz faciəsi ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Fatma Yıldırım başsağlığı verib.
Veten.Az xəbər verir ki, deputat paylaşımında faciə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına səbir diləyib.
Fatma Yıldırım hazırda itkin düşən şəxslərin tapılması istiqamətində davam etdirilən axtarış-xilasetmə işlərinin tezliklə müsbət nəticələnməsini və ailələrin xoş xəbərlər almasını arzulayıb.
“Bu ağır gündə qardaş Şimali Kipr Türk Respublikasının xalqının dərdini bölüşür, bütün qardaşlarımıza dərin hüznlə başsağlığı verirəm”, – deyə deputat bildirib.











































