Bərdədə 54 yaşlı kişi elektrik cərəyanından ölüb
Bərdə rayonunun Mollalı kəndində bədbəxt hadisə baş verib.
Veten.Az-ın məlumatına görə, hadisə kənd sakini, 1972-ci il təvəllüdlü Mahir Həsənovun fərdi təsərrüfatında qeydə alınıb.
Məlumata əsasən, M.Həsənov tövlədə mal-qaranı yemləyərkən sərinkeşin elektrik naqilinin açıq hissəsinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub.
54 yaşlı kişi aldığı elektrik zərbəsindən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.























