Astarada FACİƏ: əncir ağacından yıxılıb öldü
Astarada bədbəxt hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.
Kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.























