Yevlaxda ağır qəza, 2 nəfər öldü, 2 nəfər yaralandı
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” və “Naz Lifan” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır























