Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az bildirir ki Bizim Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.
İlkin versiyaya əsasən, qəza zamanı üç nəfər xəsarət alıb. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.























