Əkin sahələrində bitki qalıqlarının yandırılması qadağandır – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Əkin və biçindən sonra sahələrdə kövşən və digər bitki qalıqlarının yandırılması qadağandır.
Veten.Az xəbər verir ki, vətəndaşlara əkin və biçindən sonra sahələrdə, o cümlədən kövşən və digər bitki qalıqlarının yandırılmasına yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, bu cür halların qarşısının alınması ətraf mühitin, torpağın və kənd təsərrüfatı sahələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Sahələrdə nəzarətsiz yanğınların baş verməsi isə yaxın ərazilərə, yaşayış məntəqələrinə və digər təsərrüfat sahələrinə təhlükə yarada bilər.
Qeyd olunur ki, kövşən və digər bitki qalıqlarının yandırılması “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə qadağan edilir.
Bu tələblərin pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə müəyyən edilir.
Vətəndaşlardan mövcud qaydalara riayət etmələri, əkin sahələrində bitki qalıqlarını yandırmamaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xahiş olunur.
Veten.Az – doğru xəbər, operativ informasiya.























